Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
YAP-ın qərarları xalqımız və dövlətimiz üçün uğurlu və xeyirli olacaq

0

  •         Yeni Azərbaycanın qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi və xeyir-duası ilə yaradılmış Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqımızın ictimai- siyasi həyatında önəmli uğurlara imza atmışdır. Xalqın sosial qayğıları, dövlət quruculuğu istiqamətində görülən əvəzedilməz uğurlar, Azərbaycanın dünyada tanıdılması istiqamətində aparılan beynəlxalq diplomatik səylər, ordu quruculuğunda islahat və Qafqazın ən böyük ordusunun yaradılması, qonşu dövlətlərlə, eyni zamanda dünyanın ən aparıcı ölkələri ilə mehriban qonşuluq, dostluq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi, Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Yeni Azərbaycan Partiyası və onun siyasi rəhbərliyinin doğru qərarları ilə gerçəkləşmişdir.         Bu gün Azərbaycanda Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Azərbaycan  Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyində YAP daha böyük uğurlara imza atır. Onun rəhbərliyi ilə ölkəmizin iqtisadi-siyasi nüfuzu dünyanı heyran edir. Son aylarda Azərbaycanın 30 ilə yaxın düşmən işğalında qalan tarixi Qarabağ ərazisinin azad edilməsi, bu gün orada aparılan bərpa və quruculuq işləri böyük siyasi iradə əzm tələb edir. Bu əzm və iradənin şəriksiz lideri İlham Əliyev və onun siyasi komandasıdır. Bu gün Azərbaycanda əhatəli islahatlar aparılır. Bu islahatlar hər sahədə hiss olunur. İqtisadi, siyasi, kadr, hərbi - döyüş istiqamətli bu islahatlar siyasi partiya sıralarını da əhatə edir. Tədadüfi deyil ki, bu vacib islahahata ilk imzanı da hakim Yeni Azərbaycan Partiyası atdı. 2021-ci il mart ayının 5-də YAP-ın VII qurultayı da bu zərurətdən keçirildi. Ölkəmiz çox mühüm dönəmə daxil olub. II Qarabağ müharibəsində tarixi və şanlı qələbəmiz qarşıda bütün sahələrdə, o cümlədən siyasi sahədə məsuliyyətimizi birə-beş artırmışdır. Bu zəfər günlərində biz daha sağlam düşüncə ilə irəli baxmalıyıq. YAP qurultayı da siyasi məqsədlə çağırımışdır. Qurultayın ən önəmli, vacib qərarlarından biri də 6 siyasi partiyanın YAP-a birləşmək qərarı oldu. Məlumdur ki, zaman-zaman siyasi-ideoloji xətti yaxın partiyaların inteqrasiyası beynəlxalq siyasi təcrübədə mövcuddur. Bu siyasi qərar hakim partiyanın güclənməsinə, cəmiyyətdə nüfuzunun artmasına güclü təsir edir. Cəmiyyət bu cür siyasi qərarları alqışlarla qarşılayır. Biz də əminik ki, bu qərarlar xalqımız və dövlətimiz üçün uğurlu və xeyirli olacaq . Rövşən Atakişiyev,    Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib32 dəfə
    YAP ın qərarları xalqımız dövlətimiz üçün uğurlu xeyirli olacaq

    Maraqlı gələ bilər
    29
    37
    33
    33